Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhman oğlu ilə Goranboy rayon Borsunlu kəndində vida mərasimi keçirilir.
Vida mərasimindən şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edir. Vida mərasimindən sonra Şəhid Borsunlu kənd qəbiristanlığında dəfn olunacaq.
Goranboy rayon Borsunlu kəndində anadan olan 19 yaşlı Əfqan Bəhman oğlu Həmzəyev 1 il öncə həqiqi hərbi xidmətə gedib və onun həqiqi hərbi xidməti başa vurmağa 6 ayı qalıbmış.
O, ailənin tək oğlu olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !