Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, hadisə qısqanclıq zəminində törədilib.
Belə ki, Goranboy rayon Hacırəhmətli kənd sakini, 76 yaşlı Qasım İsgəndərov 39 yaşlı gəlini Samirə Məmmədovanı qısqanclıq zəminində öldürüb.
Mərhum S.Məmmədovanın bir qız övladı olub.
Qeyd edək ki, faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
19:28
Goranboy rayonunda qətl hadisəsi olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Hacırəhmətli kəndində baş verib.
Kənd sakini Qasım adlı şəxs gəlini Samirə Məmmədovanı öldürüb.
Hələlik qətlin motivi bəlli deyil.
Faktla bağlı Goranboy rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !