• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Gorus-Qafan yolunun üstündə Azərbaycanın polis postu

Gorus-Qafan yolunun üstündə Azərbaycanın polis postu
11.09.2021 11:47
Sosial şəbəkələrin ermənə seqmentində Gorus-Qafan yolunun üzərində qoyulmuş Azərbaycan polis postunun fotosu yayılıb. Və ermənilər arasında növbəti təşviş dalğasına səbəb olub. Virtualaz.org xəbər verir ki, yolun yenidən bağlanacağı haqda söz-söhbətlər yayılıb.

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) qubernatoru Melikset Poqosyan isə əhalini sakitləşdirməyə çalışaraq bildirib ki, polis postu yolun Azərbaycan ərazisindən keçən hissəsində, Qubadlıda yerləşdirilib.

"Bu post yolun onların ərazisindən keçən hissəsində qoyulub, Gorus-Qafan yolunun üzərində. Rusiya və Azərbaycan sərhədçiləri yolun bu hissəsinə nəzarət edir. Mən də bunu indi gördüm, getdim, baxdım, gördüm ki, post onların tərəfindədir. Əvvəldən orada post var idi, evciyi isə yeni tikiblər. Bu təhlükəli deyil,  yol Rusiyanın nəzarəti altındadır”,-qubernator bildirib.

Bu günlərdə Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində Ermənistan hərbçilərinin Azərbaycan sərhədçisinə bıçaqla hücum etməsinin ardınca Azərbaycan tərəfi yolu bağlayıb. Nəticədə Ermənistanın İranla quru əlaqəsi faktiki olaraq kəsilib, Zəngəzurun bir neçə yaşayış məntəqəsi isə faktiki blokadada qalıb. Rusiya tərəfinin iştirakı ilə aparılan danışıqlardan sonra Azərbaycan yolu açıb, amma yolda hərəkət sürətini  minimuma endirmək üçün ən azı iki yerdə beton bloklar qoyulub. Bu da yolda hərəkətə vizual nəzarəti gücləndirməyə imkan verir.

Gorus-Qafan yolunun bəzi hissələri hələ sovet dövründə Qubadlı ərazisindən çəkilib, ötən ilin dekabrında Azərbaycan Ermənistanla sərhədin bu hissəsinə nəzarəti təmin edib və nəticədə yol Azərbaycanın nəzarətinə keçmiş olub. Alternativ yolun çəkilməsinə qədər Azərbaycan tərəfi bu yolda hərəkətə icazə verib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol