• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Gürcüstan prezidenti İçərişəhərdə oldu

Gürcüstan prezidenti İçərişəhərdə oldu
13.02.2014 16:37
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili bu gün İçərişəhərlə tanış olub.APA-nın xəbərinə görə, qonağı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev qarşılayaraq, Bakının qədim hissəsinə olan diqqət və qayğıdan danışıb, qədim şəhərin tarixi və abidələrin qorunmasının önəmindən bəhs edib. Gürcüstanın dövlət başçısı İçərişəhərlə tanışlığa ilk olaraq UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş Qız qalası abidəsi ilə başlayıb, tarixi abidənin unikal forması, memarlıq xüsusiyyətləri və abidədə aparılmaqda olan muzey konservasiya işləri barədə məlumat qonağın marağına səbəb olub. Gəzinti yaxınlıqda yerləşən Sıratağlı dini-memarlıq kompleksində davam edib, ali qonaq burada yerləşən müxtəlif dövrlərə aid daş ekspozisiyası ilə tanış olub. Kiçik Qala küçəsində elektromobillərlə davam etdirilən gəzinti zamanı ali qonağa “Arxeoloji Park”, Bakı Xanlarının Sarayının qalıqları, Qoşa Qala Qapıları və Qala Divarları barədə məlumat verilib. Təndir çörəyinə qonaq edilən Georgi Marqvelaşvili eyni zamanda təndir çörəyinin hazırlanma prosesi ilə də tanış olub. Kiçik Qala küçəsində gəzinti Qala Divarının bərpa olunmuş hissəsinə qədər davam edib, ali qonağa Qala Divarları, onların bərpası layihəsi və ətrafında aparılan abadlaşdırma və konservasiya işləri barədə danışılıb. Gürcüstanın dövlət başçısı Bakının tarixi mərkəzi ilə tanışlığa Qədim şəhərin dünya əhəmiyyətli abidəsi olan Şirvanşahlar Saray kompleksi ilə davam edib, daha sonra isə Məhəmməd məscidini ziyarət edib. Sonda Georgi Marqvelaşvili fəxri qonaqlar kitabında öz ürək sözlərini yazıb. Ali qonağa “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin xatirə hədiyyələri təqdim olunub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Siyasət 16:48
Bəylər Eyyubova yeni vəzifə verildiyi deyilir
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Siyasət 14:14
Prezident Fikrət Məmmədovla bağlı sərəncam imzalayıb
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Siyasət 12:44
Sahibə Qafarova Xivədə Özbəkistan-Azərbaycan parlamentlərarası forumunda iştirak edəcək
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Siyasət 16:50
Deputat Rusiyada azərbaycanlıların saxlanılması ilə bağlı çağırış edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol