Gürcüstan prezidenti Rusiya ilə əlaqələrdən danışdı

09:05 | 04.12.2013
Gürcüstan prezidenti Rusiya ilə əlaqələrdən danışdı

Gürcüstan prezidenti Rusiya ilə əlaqələrdən danışdı

 Gürcüstan Rusiya ilə ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır.APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bunu “Rustavi-2” telekanalına müsahibəsində Gürcüstan prezidenti Georgi Marqvelaşvili bəyan edib. “İki ölkə arasında ticarət dövriyyəsinin artmasının Rusiya tərəfindən gələcəkdə Gürcüstana təzyiq aləti kimi istifadə ediləcəyi barədə söhbətlər, Rusiya ilə əməkdaşlığın genişləndirilməməsinə  əsas olmalı deyil. Qoy heç kim narahat olmasın ki, Rusiya ilə ticarət dövriyyəsinin artması elə həddə çata bilər ki, gələcəkdə onun azalması Gürcüstanda vəziyyətin gərginləşməsinə səbəb ola bilər”, deyə Gürcüstan prezidenti qeyd edib.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti