"Çixura" - "Neftçi" matçı zamanı gürcüstanlı azarkeşlər əllərində olan əşyaları azərbaycanlı jurnalistlərə atıblar. Polislərin müdaxiləsindən sonra yerli fanatların bu hərəkətinin qarşısı alınıb.
Publika.az xəbər verir ki, daha sonra polislə davaya başlayan azarkeşlər stadiondan uzaqlaşdırıblar. Gürcü fanatlar da buna etiraz edib vә toqquşma daha da böyüyüb. Sonradan toqquşmanın qarşısı alınıb.
Qeyd edək ki, "Neftçi" "Çixura" matçını təmsilçimiz qazanıb (2:3).
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !