Gürcüstanın xarici dövlət borcu və dövlətin zəmanəti altına götürülmüş kreditlərin həcmi cari ilin martın 31-nə təqribən 4 milyard dollar təşkil edir.
Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir ki, ilin əvvəlindən ölkənin dövlət borcu 211,3 milyon dollar azalıb. Maliyyə Nazirliyindən bildirilib ki, ümumi borcda Gürcüstan hökumətinin payı 3,956 milyard dollar təşkil edir.
Gürcüstanın 17 kreditor ölkəsi var və ölkənin onlara ümumi borcu 703,4 milyon dollar təşkil edir. Kreditor ölkələr siyahısına Azərbaycan da daxildir. Gürcüstanın Azərbaycana 11 milyon 216 min dollar borcu var.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !