​Gürcüstanın Azərbaycana borcu 11 mln. dolları üstələyir

10:52 | 07.03.2015
​Gürcüstanın Azərbaycana borcu 11 mln. dolları üstələyir

​Gürcüstanın Azərbaycana borcu 11 mln. dolları üstələyir

 Gürcüstan Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin xarici dövlət borcu və dövlət zəmanəti altında götürülən kreditlərin həcmi 31 yanvar 2015-ci il tarixinə təqribən 4,1 milyard dollar təşkil edib.

"Report" xəbər verir ki, ilin əvvəlindən Gürcüstanın dövlət borcu 128 mln. dollar azalıb.

Ümumi məbləğin 4,033 mlrd. dolları Gürcüstan hökumətinin payına düşür.

Qonşu ölkənin Azərbaycana olan dövlət borcu 11 mln. 512 min dollar təşkil edir.

Azərbaycanla yanaşı Gürcüstana borc verən ölkələr sırasında Avstriya (12 mln. 411 min dollar), Türkmənistan (211 min dollar),Türkiyə (22 mln. 023 min dollar), İran (8 mln. 965 min dollar), Rusiya (93 mln. 932 min dollar), Ermənistan (13 mln. 502 min dollar), Özbəkistan (269 min dollar), Ukrayna (246 min dollar), Qazaxıstan (27 mln. 774 min dollar), Çin (3 mln. 840 min dollar), Almaniya (276 mln. 627 min dollar), Yaponiya (140 mln. 898 min dollar), Küveyt (17 mln. 953 min dollar), Niderland (1 mln. 497 min dollar), ABŞ (28 mln. 938 min dollar) və Fransanın (58 mln. 129 min dollar) adı var.

Dövlətlərlə yanaşı Gürcüstanın ona kredit ayıran beynəlxalq institutlara olan dövlət borcu 2,8 mlrd dollardan artıqdır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM