ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, maaş siyahısı ilə əsgər siyahısını müqayisə edən yeni hökumət orduda olmayan 50 min adama maaş verildiyinin üstünü açıb. Baş nazir Heydər İbadi orduda təxminən 4 diviziyanın saxta olduğunu ifadə edərək, xeyli vəzifədən sui-istifadə halının olduğunu bildirib.
Rəsmilərdən biri ordudakı korrupsiyanı belə şərh edib:
"Bu hal 2 cür baş tutub. Birincisi hər zabitə 5 əsgər verilir. O zabit də ikisini saxlayır, üçünü evlərinə göndərir. Evlərinə göndərdiyi üç əsgərin pulunu da zabit cibinə qoyur. İkincisi isə qrup səviyyəsində olur. Bir bölük komandiri 30-40 əsgəri evlərinə göndərir. Burada da problem budur ki, o komandir öz vəzifəsində qala bilməsi üçün "yuxarı"lara yüksək miqdarda rüşvət yedirir".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !