Milli.Az dsport.az-a istinadən xəbər verir ki, güləşçilərin etiraz aksiyasından sonra Azərbaycan Güləş Federasiyasında yığma üzvləriylə görüş keçirilib. İdmançı və məşqçi heyətinin 2017-ci ildən hesablanan 7 aylıq məvacibi ödənilib. İdmançılara bundan sonra da lazımi şəraitin yaradılacağı barədə söz verilib.
Qeyd edək ki, ümumilikdə güləşçilər 14 ay ərzində məvacib almadıqlarını bildirmişdi. 2017-ci ilin bütün borclarını ödəyən AGF yaxın zamanlarda ötən ildən qalan məvacibləri də idmançılara verəcəyini bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !