Güləşçilərin son "döyüşləri" - FOTOLAR

13:17 | 18.06.2015
Güləşçilərin son

Güləşçilərin son "döyüşləri" - FOTOLAR

Bu gün "Bakı -2015" I Olimpia Oyunları çərçivəsində sərbəst güləş yarışları başa çatacaq. 

ANN.Az xəbər verir ki, bu gün Azərbaycan idmançıları Türkiyə, Rusiya və Slovakiya idmançıları ilə görüşüblər. 

Bu gün güləşçi Hacı Əliyev işğalçı ölkənin təmsilçisi ilə qarşılaşıb. Avropa və dünya çempionumuz ilk cəhdindəcə Valodiya Franqulyanla münasibətinə aydınlıq gətirib. 1/8 final mərhələsinə təsadüf edən görüşdə Hacı Valodiyanı 7:0 hesabı ilə darmadağın edib. Əliyev 1/4 finalda Mikola Bolotnyukla güləşib. Dünya çempionumuz bu dəfə də xalçadan qalib ayrılıb. O, Bolotnyuku 11:0 hesabı ilə məğlub edib. Həmyerlimiz finala gedən yolda Aleksandr Boqomoyevlə üz-üzə gələcək.

Ölkəmizi bu çəkidə təmsil edən Nurmaqomed Hacıyev mübarizəyə 1/8 finaldan başlayıb. 19 yaşlı güləşçimiz ilk cəhdində bolqarıstanlı Georgi Sredkovla üz-üzə gəlib. Təmsilçimiz startda hesabda geri düşsə də, yekunda layiqli qələbə qazanıb - 14:2. Lakin o bu uğurun ardını gətirə bilməyib. 1/4 finalda Abdulrəşid Sadulayevə (Rusiya) 1:11 hesabı ilə uduzub.
 
Buna baxmayaraq, rusiyalı güləşçi finala vəsiqə qazandığından Nurmaqomed təsəlliverici görüşlərə qatılacaq. Təmsilçimiz bu mərhələdə Vasile Zuz Tudorla (İtaliya) qarşılaşacaq.

Avropa və dünya çempionatının mükafatçısı Camaləddin Maqomedov ilk görüşünü Yonas Rudaviçiusa (Litva) qarşı keçirib. Güləşçimiz döyüşün taleyini ilk hissədəcə həll edib. Rəqibi üzərində təmiz qələbə qazanan (10:0) Maqomedov 1/8 finalda türkiyəli Taha Akgüllə qarşılaşıb. Təəssüf ki, görüşdən rəqib üstün ayrılıb - 5:2
 
Qeyd edək ki, sərbəst güləş yarışlarının ilk günündə Toğrul Əsgərovla (66 kq) Xetaq Qazyumov (97 kq) qızıl, Cəbrayıl Həsənov (74 kq) isə bürünc medal qazanıb. 

ANN.Az-ın əməkdaşı Orxan Aslanlının İdman Arenasındakı yarışlardan çəkdiyi fotoları oxuculara təqdim edirik:
 
 






















www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM