Qadın boksçumuz yarım finalda - FOTOLAR

13:15 | 24.06.2015
Qadın boksçumuz yarım finalda - FOTOLAR

Qadın boksçumuz yarım finalda - FOTOLAR

ANN.Az xəbər verir ki, "Kristal Hall" Arenada bugün qadınlar arasında 57-60 kq çəki dərəcəsində boks yarışlarının növbəti görüşləri keçirilib.

1/4 final mərhələsində ölkəmizi təmsil edən Alekseevna Yana rusiyalı rəqibi Dobrynina Zinayda ilə görüşüb. Qarşılıqlı mübarizə şəklində davam edən yarışda Yana rəqibinə heç bir imkan tanımayıb və döyüşdə qalib gəlib, beləliklə də yarım final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yarım finala vəsiqə qazanan hər bir idmançının bürünc medal qazanmaq şansı var. Boksda kişilər arasında keçirilən yarışda daha bir təmsilçimiz Musalov Heybulla bir neçə dəqiqədən sonra belarusiyalı rəqibi Bandarenka Vitali ilə görüşəcək.


Orxan Aslanlı
 
 















































































































































































































































































 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM