"Ölkə.Az” xəbər verir ki, görüntü "İnstagram” səhifələrinin birində paylaşılıb. Bu, Xalq artistinin "Lider” televiziyasında yayımlanan "Mikser” verilişindən olan qısa bir fraqmentdir. Görüntüdə Gülşən Qurbanova tarzən Ağasəlim Abdullayevlə səmimi söhbətində onun fəxri ad almamağını çox təəssüf hissi ilə bildirir.
"Vallah mənə ayıbdır ki, mən Xalq artisti adına layiq görülmüşəm, sənin isə heç bir fəxri adın yoxdur. İnşallah, mən arzu edirəm ki, gələn verilişlərimizdə mən sənin fəxri adla təqdim edim” .
Qeyd edək ki, Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub. Xalq artisti 17 noyabr 2006-cı ildə 56 yaşında vəfat edib. Köhnə Yasamal qəbiristanlığında dəfn olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !