Gün ərzində 4-5 işə baxıb yorulan hakim hansısa günahsızın həbs olunmasına səbəb olur- Deputat

12:06 | 08.10.2024
Gün ərzində 4-5 işə baxıb yorulan hakim hansısa günahsızın həbs olunmasına səbəb olur- Deputat

Gün ərzində 4-5 işə baxıb yorulan hakim hansısa günahsızın həbs olunmasına səbəb olur- Deputat

Məhkəmələrdə şəxslərin şəxsiyyətinin təhqir olunması yolvrilməzdir. Bunu deputat Razi Nurullayev deyib. 

"Hakimlərə səslənirəm ki, şəxsiyyətin təhqir olunması məsələsini heç vaxt bağışlamasınlar. Buna göz yummaq olmaz. Hakimlərin məhkəmə işlərində şəxsiyyətin yanında dayanmağını istəyirik”, - deputat oktyabrın 8-də Milli Məclisdə "Azərbaycan Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qanuna münasibət bildirərkən söyləyib. 

Nurullayev həmçinin bildirib ki, dövlət orqanları ilə şəxslər arasında olan məsələlərdə hakimlər diqqətli olmalıdır. 


"Maraqlıdır ki, Dövlət orqanları şəxslərlə məhkəmə işlərində əksəriyyət olaraq həmin məhkəməni udur. Onların hərtərəfli imkanları var. Sizdən həqiqəti üzə çıxaran tərəfdə olmağınızı istəyirəm. Hakimlərin işi çoxdur. Bir hakim gün ərzində 4-5 işə baxmalı olur və tab gətirə bilmir. Və nəticədə günahsız birinin dəmir barmaqlıq arasına düşməsinə səbəb olur”, - deputat əlavə edib. 


Razi Nurullayev vurğulayıb ki, hakimlər həmçinin illər boyu əziyyətlə topladığı pulla ev alıb aldadılan vətəndaşların yanında olmalıdır.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti