Gürcü nazir: Təxribatlar çox zaman Gürcüstandan qaynaqlanır

15:38 | 10.07.2015
Gürcü nazir: Təxribatlar çox zaman Gürcüstandan qaynaqlanır

Gürcü nazir: Təxribatlar çox zaman Gürcüstandan qaynaqlanır

Təbii mühitin mühafizəsi naziri Giqla Aqulaşvili Avropa Liqasının təsnifat mərhələsində "Dinamo”-"Qəbələ” matçında baş verən hadisədən danışarkən, təxribatların çox zaman Gürcüstandan qaynaqlandığını bildirib. 

Oxu.Az "Gruziya-onlayn”a istinadən xəbər verir.

"Təbii ki, bu, xoşagəlməz hadisədir. Təəssüf ki, təxribatlar çox zaman burdan qaynaqlanır. Hər halda bu hadisə mənə məlum olduğu qədər, Gürcüstanda baş verən hadisədən sonra baş verib.

Ona görə də düşünürəm ki, səlahiyyətli olan xidmətlər, ciddi tədbirlər görməlidirlər, çünki buradan təxribat iyi gəlir”, - Giqla Aqulaşvili deyib.

Onun sözlərinə görə, bu təhrikedici davranışın uzağa gedən planları var, müvafiq xidmətlər buna yol verməməli və təxribatçılara qarşı ciddi tədbirlər görməlidirlər.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür