Kürmükoba bayramı hər il may və noyabrında, yazda məhsul səpini və payızda məhsul biçini zamanı keçirilir. Erkən orta əsrlərə aid qədim alban məbədinin izlərini daşıyan Kürmük məbədinə bayram ərəfəsində yüzlərlə azərbaycanlı və gürcü, o cümlədən Qax rayonu və ətraf rayonlardan insanlar toplaşırlar.
Bu məbəd əcdadlarımızın dini inanclarının rəmzi abidəsi, müxtəlif dinlərdən olan insanların ibadət yeridir. Məbəd ətrafında keçirilən bayramda dini ayinlər icra olunur, qurbanlar kəsilir, el gəzintisi təşkil edilir.
Daha ətraflı Baku TV-nin süjetində:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !