Gürcüstan 2018-ci il büdcəsini 300 mln. dollar artırır

20:00 | 02.10.2017
Gürcüstan 2018-ci il büdcəsini 300 mln. dollar artırır

Gürcüstan 2018-ci il büdcəsini 300 mln. dollar artırır

Gələn il ölkədə iqtisadi artımın 4,5% olacağı gözlənilir.

Gürcüstanın 2018-ci il dövlət büdcəsinin layihəsinə görə, ölkənin büdcəsi gələn il üçün 12,298 mlrd. lari (4,965 mlrd. ABŞ dolları) həcmində nəzərdə tutulub. Bu, cari ilə nisbətən 800 mln. lari (323 mln. dollar) çoxdur.

 "Report" "Apsny.ge" saytına istinadən xəbər verir ki, büdcə layihəsində bəzi nazirliklərin xərcləri artırılıb, bəziləri isə azaldılıb.

Layihəyə əsasən, büdcə gəlirləri 10,120 mlrd. lari (4,086 mlrd. dollar) təşkil edəcək. 2018-ci il üçün ÜDM artımı isə 4,5% proqnozlaşdırılır. ÜDM deflyatoru üzrə proqnoz isə 3,5% təşkil edir.

Büdcə layihəsində ortamüddətli perspektivdə ÜDM artımı 5%, ÜDM deflyatoru isə 3% nəzərdə tutulub. 

Gürcüstan Maliyyə Nazirliyi tərəfindən verilən açıqlamada bildirilir ki, 2018-ci il büdcə layihəsinin tərtibatında cari ilin iqtisadi artımı, beynəlxalq maliyyə təşkilatlarının proqnozları, regionda 2018-ci il iqtisadi artım perspektivləri nəzərə alınıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti