• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Gürcüstan Bakı və İrəvan arasında sülh müqaviləsindən danışdı

Gürcüstan Bakı və İrəvan arasında sülh müqaviləsindən danışdı
01.06.2023 15:24
Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını dəstəkləyir. Gürcüstanın baş naziri İrakli Qaribaşvili cümə axşamı Moldovada Avropa Siyasi Birliyinin sammitində jurnalistlərə bildirib.

"Düşünürəm ki, Gürcüstan regionumuzda sabitliyin və sülhün möhkəmləndirilməsində neytral, qərəzsiz rol oynayıb və oynayır. Bizim həm Azərbaycan, həm də Ermənistanla əla münasibətlərimiz var. Gürcüstan 2021-ci ildə Qarabağ müharibəsindən sonra çox mühüm, vasitəçi rolunu oynayıb. Əslində biz Azərbaycan və Ermənistan arasında gedən sülh danışıqlarını dəstəkləyirik və hesab edirik ki, bu, Gürcüstanın, Azərbaycanın, Ermənistanın və bütün regionun maraqlarına cavab verir”, - Qaribaşvili bildirib.

Azərbaycanla Ermənistan arasında 2020-ci il İkinci Qarabağ Müharibəsi başlayıb. Həmin ilin noyabrında Azərbaycan,Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalanıb. 

2022-ci ildən Azərbaycan və Ermənistan sülh müqaviləsini müzakirə etməyə başlayıblar.

Əvvəllər Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında dəfələrlə vasitəçi kimi çıxış edib. Xüsusilə, Gürcüstanın vasitəçiliyi ilə 2021-ci ilin iyununda Azərbaycan Ermənistana 15 hərbi qulluqçu, İrəvan isə minalanmış ərazilərin xəritələrini Bakıya göndərib. Vasitəçiliyin digər nümunəsi Ermənistan və Azərbaycanın xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramov arasında 2022-ci il iyulun 16-da Tbilisidə baş tutan görüşdür.
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Anqola lideri İlham Əliyevə zəng edib
Siyasət 09:03
Anqola lideri İlham Əliyevə zəng edib
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
Siyasət 00:07
Prezident Qələbə Günü münasibətilə paylaşım edib
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Siyasət 22:39
BƏƏ Prezidenti İlham Əliyevə zəng edib
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Siyasət 21:54
Ceyhun Bayramov türkmənistanlı həmkarı ilə telefonla danışıb
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 20:59
Azərbaycanla Estoniya arasında konsulluq məsləhətləşmələri keçirilib
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Siyasət 16:36
Bu incəsənət xadimləri Prezident mükafatı alacaq- Siyahı
Prezident onları təltif edib - Siyahı
Siyasət 16:30
Prezident onları təltif edib - Siyahı
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Siyasət 14:25
Azərbaycanlılar fransalılar kimi yüksək səviyyədə yaşayır - İcra başçısı
Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək
Siyasət 13:54
Milli Məclisin növbəti iclası mayın 16-da keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol