Gürcüstan hökumət əleyhinə nümayişlərdə iştirak etmiş 25 əcnəbini deportasiya edib

13:39 | 04.01.2025
Gürcüstan hökumət əleyhinə nümayişlərdə iştirak etmiş 25 əcnəbini deportasiya edib

Gürcüstan hökumət əleyhinə nümayişlərdə iştirak etmiş 25 əcnəbini deportasiya edib

Gürcüstan 2024-cü ilin noyabr-dekabr aylarında hökumət əleyhinə nümayişlərdə və iğtişaşlarda iştirak etmiş 25 əcnəbini deportasiya edib.Bu barədə Gürcüstan DİN-in məlumatında bildirilib.

Onlardan 10 nəfərin artıq ölkəni tərk etdiyi qeyd olunub. Deportasiya edilənlərin hansı ölkələrin vətəndaşları olduğu qeyd edilməyib.

2024-cü ildə Gürcüstan ümumilikdə 430 xarici ölkə vətəndaşını deportasiya edib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM