• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim edilib

Gürcüstan hökumətinin yeni tərkibi parlamentə təqdim edilib
02.02.2024 21:04

Gürcüstan hökumətinin yeni tərkibi və "Avropa dövlətinin qurulması naminə” adlı proqramı baxılmaq üçün parlamentin Bürosuna təqdim edilib. Eyni zamanda, büro yaz sessiyasının fevralın 6-da keçiriləcək ilk iclasında sessiyanın gündəliyini, eləcə də, ölkə prezidentinin son hesabatının dinlənilməsi məsələsini təsdiqləyib.

Gürcü KİV-i xəbər verir ki, hökumətin yeni tərkibinə və hökumət proqramına etimadın ifadə olunması prosesi əvvəlcə parlamentin komitə, fraksiya və siyasi qrupların iclaslarında, daha sonra isə plenar iclasda baş tutacaq.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yanvarın 29-da istefa verib, bundan sonra onun səlahiyyətləri dayandırılıb, nazirlər isə öz vəzifələrini icra edirlər.

Hakim Gürcü arzusu-Demokratik Gürcüstan partiyasının qurultayında partiyanın sədri İrakli Kobaxidzenin yeni baş nazir postuna namizədliyi irəli sürülüb.

Parlament yeni baş naziri, onun kabinetini və proqramını təsdiq etdikdən sonra iki gün müddətində Prezident Salome Zurabişvili İrakli Kobaxidzeni Baş nazir vəzifəsinə təsdiq etməlidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Dünya 23:50
Liviya sahilləri yaxınlığında neft tankeri partlayıb
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
Dünya 23:30
Avropada anomal istilərə görə “qırmızı” təhlükə səviyyəsi elan edilib
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Dünya 23:21
NATO sammiti 2026-cı ildə Ankarada keçiriləcək
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
Dünya 22:38
Almaniya Ukraynaya 9 milyard avrodan çox yardım ayıracaq
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Dünya 22:24
İtaliyada 4,6 bal gücündə zəlzələ olub
Paşinyan Kaya Kallasla görüşüb
Dünya 21:25
Paşinyan Kaya Kallasla görüşüb
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
Dünya 19:58
Fransada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Dünya 15:43
İranda İsrailin hücumlarında ölənlərin sayı açıqlanıb
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Dünya 10:18
Çin Yaponiyadan dəniz məhsulları qadağasını ləğv edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol