Gürcüstan parlamenti LGBT-nin təbliğatını qanunla qadağan edib

01:00 | 28.06.2024
Gürcüstan parlamenti LGBT-nin təbliğatını qanunla qadağan edib

Gürcüstan parlamenti LGBT-nin təbliğatını qanunla qadağan edib

Gürcüstan ölkədə LGBT təbliğatını qəbuledilməz və təhlükəli proses adlandırıb. Bu barədə ölkənin baş naziri İrakli Kobaxidze deyib.

"LGBT təbliğatı cəmiyyət üçün risklər daşıyır, bütün bunları konkret ölkələrin nümunələrində görə bilərik. Buna görə də LGBT təbliğatına qarşı mübarizə aparmaq vacibdir”, - Ria Nobosti siyasətçiyə istinadan bildirib.

Baş nazir söyləyib ki, ölkədə olan müxalifət LGBT təbliğatını dəstəkləyir və bu qəti şəkildə qəbul olunmur.

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanunu iyunun 27-də təsdiq edib.

Qanun layihəsi kişi və qadının birliyindən başqa hər hansı nikahın qeydə alınmasına, habelə homoseksual cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsinə qadağaların müəyyən edilməsini nəzərdə tutur. Təhsil müəssisələrində LGBT təbliğatına görə fiziki şəxslər 1,5 min lari, hüquqi şəxslər isə 4 min lari cərimə ilə cəzalandırılacaq.
 
Gülnar

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM