Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili yanvarın 16-da Azərbaycana səfər edəcək. Bu barədə Gürcüstanın yerli KİV-ləri məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Maka Boçorişvili Bakıda bir sıra görüşlər keçirəcək.
Məlumata görə, bu görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, dünyada və regionda cərəyan edən proseslər diqqət mərkəzində olacaq.
Gürcü nazir, həmçinin Azərbaycan ilə Gürcüstan arasında Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti 10-cu iclasında iştirak edəcək.
Politoloq Tural İsmayılovun sözlərinə görə, Gürcüstanın yeni xarici işlər naziri Azərbaycan modelindən istifadə edə bilər.
"Azərbaycanla Gürcüstan arasında strateji münasibətlər ən yüksək səviyyədədir. Özəlliklə "Gürcü arzusu" növbəti dəfə Gürcüstanda qələbə qazandıqdan sonra Azərbaycan Gürcüstanla yaxşı səviyyədə olan əlaqələrini bundan sonra da inkişaf etdirmək əzmində olduğunu dəfələrlə vurğulayıb. Bu konteksdən də Azərbaycanla Gürcüstanla arasında müxtəlif görüşlərin gerçəkləşməsi əlbətdəki müstəsna əhəmiyyətə malikdir. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Gürcüstan əlaqələrinin inkişaf etdirilməli dövründə səyahət edir. Əlbətdəki bu səfər çərçivəsində Azərbaycanla Gürcüstan arasında bundan sonrakı əməkdaşlıq prespektivləri geniş müzakirə ediləcək. Azərbaycan gürcü xalqınının siyasi iradəsinə qarşı qəsb həyata keçirməyə çalışan xarici iperialist dairələrə öz layiqli cavabları vaxtında və yerindəcə cavab verib. Bu baxımdan da Gürcüstanın yeni naziri həm də Azərbaycanın modelindən istifadə edə bilər. Gürcüstana xaricdən olan basqıların həyata keçirilməsi və s. mövzularda Azərbaycandan yararlana bilər. Gürcüstanın Azərbaycandan öyrənə biləcəyi bir çox məqamlar var",- politoloq bildirib.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !