Gürcüstan növbəti dəfə "3+3" platformalı görüşdə iştirakdan imtina edib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Xeyr, biz iştirak etməyəcəyik. Gürcüstan çoxdan bəyan edib ki, o, göstərilən formatda işləmir”, – məlumatda deyilir.
"3+3" formatlı konfrans oktyabrın 18-də Ankarada keçiriləcək.
2021-ci il dekabrın 10-da Moskvada 3+3 Məşvərətçi Regional Platformasının ilk iclası keçirilib. İclasa Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin müavinləri, eləcə də İran Xarici İşlər Nazirliyinin baş direktoru Əlirza Hagiqyan həmsədrlik edib.
Gürcüstanın da dəvət olunmuş nümayəndələri görüşdə iştirakdan çəkiniblər. Altıtərəfli əməkdaşlıq formatı - Rusiya, İran, Türkiyə və Cənubi Qafqaz ölkələri Ermənistan, Azərbaycan, Gürcüstan - daha əvvəl Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. İran bu ideyanı alqışlayıb və regionda sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verməyə hazır olduğunu bəyan edib.

Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !