2018-ci ildən Gürcüstan ərazisi ilə hərəkət edən, lakin xaricdə qeydiyyata alınmış avtomobillər üçün icbari sığorta qüvvəyə minəcək. Bununla da Gürcüstana avtomobillə daxil olarkən icbari sığortaya görə yeni tariflər tətbiq olunacaq.
Bəs yeni qaydalar Azərbaycandan bu ölkəyə avtomobillə gedənlərə tətbiq olunacaqmı?
Anews.az xəbər verir ki, "XəzərXəbər” məsələyə aydınlıq gətirib.
Ekspert Ərşad Hüseynov bildirir ki, Gürcüstanda əvvəllər belə bir sığorta olub. Ancaq yeni qanunun qəbul edilməsi ilə tariflərdə artımlar olacaq.
Ərşad Hüseynovun sözlərinə görə, indi Gürcüstan, eləcə də, digər ölkələr yaşıl kartın üzvü olduğuna görə həmin ölkələrə onsuz da beynəlxalq səviyyədə icbari sığorta olmadan avtomobillə daxil olmaq mümkün deyil. Buna görə də Gürcüstanın icbari sığortalar haqqında qanununda dəyişiklik Azərbaycanda hər sürücüyə şamil edilməyəcək.
Yaşıl kart sığortasından faydalanmaq üçün isə tariflər beynəlxalq tariflər olduğuna görə onun həcmi Maliyyə Nazirliyi tərəfindən müəyyən olunur. Yaşıl kart sığortası Azərbaycandakı sığorta şirkətləri tərəfindən verilməkdədir. Sığortanın məbləği gediləcək ölkədən və orada qalmaq müddətindən asılı olaraq dəyişir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !