Gürcüstanda koronavirusa 5 326 yeni yoluxma qeydə alınıb

18:30 | 13.01.2022
Gürcüstanda ötən sutkada koronavirusa 5 326 yeni yoluxma halı qeydə alınıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 3 044 nəfər müalicə olunaraq sağalıb, 48 pasiyent isə vəfat edib.

İndiyədək qonşu ölkədə COVID-19 infeksiyası 979 235 nəfərdə aşkarlanıb. Onların 922 411-i sağalıb, 14 359-u isə ölüb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM