Gürcüstanda sərt karantinin tətbiqi gözlənilir

Gürcüstan hökumətinin ölkədə epidemioloji vəziyyətin pisləşməsi səbəbindən ümümi karantin elan edəcəyi gözlənilir.
Anews.az xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Məlumata əsasən, ümumi sərt karantin rejiminin noyabrın 21-də keçiriləcək parlament seçkilərinin II turundan sonra tətbiqi nəzərdə tutulub. Xüsusi rejim noyabrın 24-dən dekabrın 7-dək qüvvədə saxlanılacaq.
Sərt məhdudiyyətlərin ictimai nəqliyyat və iri ticarət mərkəzlərinin fəaliyyətinə şamil olunacağı bildirilib.
"Lokdaun”un müddətinin dekabrın 7-dən sonra uzadılacağı da istisna edilmir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər