"Bakı-Tiflis-Qars dəmir yolu layihəsi 2016-cı ildə istifadəyə veriləcək”.
Bunu APA-nın Gürcüstan bürosuna bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, bu ilin payızında layihənin tikintisi tam olaraq başa çatacaq: "Gürcüstanla Azərbaycan layihə ilə bağlı öhdəliklərini yerinə yetirib. Mənə verilən məlumata görə, yalnız layihənin Türkiyədən keçən hissəsində çox az həcmdə iş qalıb. 2016-cı ildə dəmir yolu layihəsi açılışa hazır olacaq".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !