• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Gürcüstanla sərhəddə 28 nəfərdə şübhəli əlamətlər aşkarlandı

Gürcüstanla sərhəddə 28 nəfərdə şübhəli əlamətlər aşkarlandı
27.03.2020 15:01
"Qırmızı körpü” və "Mazımçay” qəbul-çeşidləmə məntəqələrində Azərbaycan ərazisinə keçən ümumilikdə 156 nəfər müayinədən keçirilib.

Anews.az-ın FHN-ə istinadən məlumatına görə, müayinədən keçənlərdən 28 nəfərdə şübhəli əlamətlər aşkar edildiyindən həmin şəxslər dəqiq diaqnoz qoyulması məqsədilə xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya göndərilib, digər şəxslərin karantin rejimində qalması təmin olunub.

Qeyd olunub ki, çadırlarının sayı 20-dən 60-a, çarpayılarının sayı 300-ə çatdırılan "Qırmızı körpü” və 20 çadır, 100 çarpayıdan ibarət olan "Mazımçay” qəbul-çeşidləmə məntəqələrində normal yaşayış üçün hər cür şərait yaradılıb, sanitar-gigiyenik tələblər tam təmin olunub, qidalanma, çadırların isidilməsi, gigiyenik vasitələrlə təchizat və s. ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilib.

Xatırladaq ki, Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov ötən gün adıçəkilən qəbul-çeşidləmə məntəqələrində olub, görülən işlərlə yerində tanış olub, müvafiq tapşırıqlar verib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol