Bakıda güzəştli mənzilin alınması üçün 6,5 minə yaxın şəxs qeydiyyatdan keçib.
Trend-in məlumatına görə, bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin aparat rəhbəri Anar Quliyev deyib.
Onun sözlərinə görə, mənzillərin satışı "Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilir: "Güzəştli mənzil almaq hüququna malik vətəndaşlar bu sistem vasitəsilə qeydiyyatdan keçir. Bu günədək 6,5 minə yaxın şəxs qeydiyyata alınıb”.
Onun sözlərinə görə, növbəti mərhələ ilk mənzillərin satışından sonra başlayacaq.
A.Quliyev bildirib: "Bu proses başlayandan sonra qeydiyyatdan keçmiş hər bir kəs müvafiq mənzil və ödəniş forması seçmək imkanına malik olacaq. Hələ ki, satışın nə vaxt başlayacağı haqqında dəqiq söz demək çətindir, amma düşünürəm ki, ilin sonuna kimi mənzillərin satışına balaya biləcəyik”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !