Etikxeber.az-ın xəbərinə görə, vəzifələri ilə vidalaşacaqlar arasında bu dəfə Göyçayla Hacıqabulun İcra Hakimiyyəti rəhbərlərinin adları cəkilir.
Onların hətta, bu gün Prezident Administrasiyasına (PA) çağırıldıqları deyilir.
Qeyd edək ki, Hacıqabulun icra başçısı Əhməd Muxtarovun 68 yaşı var.
O, 2006-cı ildən bu yana 13 ildir Hacıqabulun icra başçısı vəzifəsində işləyir.
Eyni zamanda, Göyçayın icra başçısı Mehdi Səlimzadənin yaşının 60-ı ötdüyü bildirilir.
M. Səlimzadə isə 2016-cı ildən bu vəzifəni icra edir.
Qeyd edək ki, hər icra iki başçısından, xüsusilə, Ə. Muxtarovdan ciddi narazılıqlar var.
***
Həmçinin, Ağstafanın icra başçısı Nizaməddin Quliyevin vəzifəsi ilə vidalaşacağı qeyd edilir.
Qeyd edək ki, N. Quliyevin 65 yaşı var və bir neçə ay öncə Goranboydan Ağstafaya icra başçısı göndərilib.
Onun da PA-ya çağırıldığı bildirilir.
***
Saytımıza daxil olan digər məlumata görə, bu gün bütün icra başçıları (həmçinin, adları çəkilən və istefası gözlənilənlər) PA-ya dəvət ediliblər.
Onlar yeni PA rəhbəri Samir Nuriyevin iştirakı ilə keçirilən müşavirəyə qatılıblar.
Eyni zamanda, icra başçılarından (adları çəkilənlər də daxil olmaqla) bəzilərinin vəzifədən getmələri istənilib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !