APA xəbər verir ki, şəhərin M.Hüseynzadə küçəsində hərəkət edən "Mercedes” markalı sərnişin mikroavtobusu yolu keçən piyadanı, Göyçay şəhər sakini, 1998-ci il təvəllüdlü Rəsulov Nicat Elbrus oğlunu vuraraq hərəkətdə olan "Toyota Prado” markalı avtomobilin qarşısına atıb. Həmin avtomobil onun ayağının üstündən keçib.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !