Rüstəm Qasımov
Oktyabr ayının 26-dan noyabrın 7-nə qədər Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Göyçay rayonunda "Nar bayramı" keçirilir.
Azərbaycan yeganə ölkədir ki, ərazisində narın bütün növləri yetişir. Göyçay şəhəri isə hər il keçirilən "Nar bayramı"nın mərkəzi sayılır. Bu da təsadüfi deyil, axı bu rayonda 4 min hektar nar bağı var. Bu bağlardan hər il 50 min ton nar yığılır.
Qeyd etmək lazımdır ki, yerli bağbanlar bayrama öz məhsullarının ən bəhrəlisini "Ən böyük nar” müsabiqəsində iştirak etmək üçün gətirirlər. Hətta festivalların birində 1,5 kq çəkisi olan nar təqdim olunub. Mənə burada məlum oldu ki, nar bir çox müalicəvi xüsusiyyətlərə malikdir. Məsələn, nar şirəsi təzyiqin sabitləşməsi üçün istifadə olunur, nar qabığı isə həzmin yaxşılaşmasına kömək edir.
Bayram tədbirlərinə qonşu rayonlardan dövlət orqanlarının əməkdaşları, Milli Məclisin üzvləri, diplomatik korpusun nümayəndələri gəlir.
"Nar bayramı" həmçinin milli musiqilərimizin ifası, rəqs ansamblının çıxışı, idmançıların maraqlı akrobatik hərəkətləri, müxtəlif müsabiqələr və sərgilərlə yadda qaldı. Tədbirin ənənəvi olaraq bayram konserti və atəşfəşanlıqla başa çatdı.
ANN.Az xəbər portalı Göyçayda keçirilən "Nar bayramı"ndan olan fotoşəkilləri diqqətinizə çatdırır:
Bizi sosial şəbəkələrdə izləyin !