Göyçay rayonunda müəllimini bıçaqlayan şagirdlə bağlı bəzi məqamlar aydınlaşıb.
Bildirilir ki, dərs vaxtı hərbi hazırlıq müəllimi Elşən Süleymanov tərəfindən kobud davranışına görə danlanan və daha sonra qaçıb evdən bıçaq götürərək məktəbə qayıdan N.B həbs olunmayıb. Məktəb rəhbərliyinin müraciəti və yaşının azlığı səbəbindən onun barəsində başqa qətimkan tədbiri seçilib və profilaktik söhbətə cəlb edilib.
Göyçay rayon Polis Şöbəsindən bildirilib ki, məktəblərdə şagirdlərlə daim lazımi söhbətlər aparılır və bu söhbətlər bundan sonra da davam etdiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !