Göygöldə silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 2-də Göygöl rayonunun Çaykənd kəndi ərazisindən "AKM" markalı avtomat silahı, "Vatro" markalı və 1 ədəd kustar üsulla hazırlanmış tapançalar, lüləsi və qundağı kəsilmiş 2 ədəd "İJ-16" və 1 ədəd "İJ-24" markalı tüfənglər, 1 ədəd mərmi, 2 ədəd hərbi təyinatlı işıq və tüstü buraxıcı fişəng, trotil şaşka, 8 ədəd patron darağı, 1 ədəd "F-1" qumbarası, 4 qumbara alışdırıcısı və 1572 ədəd patron aşkarlanıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !