Göz qişasının köçürülməsində - İlk

18:16 | 03.10.2015
Göz qişasının köçürülməsində - İlk

Göz qişasının köçürülməsində - İlk

Yapon alimləri bəyan ediblər ki, bir il əvvəl plüripotent gövdə və ya iPS hüceyrələrinin tətbiqi ilə göz qişasının köçürülməsi əməliyyatı aparılan qadın özünü yaxşı hiss etdiyini bildirib. 

RİKEN Tədqiqatlar İnstitutunun və Biometrik Tədqiqatlar və İnnovasiyalar İnstitutunun xəstəxanasının mütəxəssisləri ötən il 70 yaşlı qadın üzərində qeyd olunan əməliyyatı aparıblar. Makuladistrofiya xəstəliyinin daşıyıcısı olan qadının gözünə iPS hüceyrələrindən yetişdirilmiş göz qişası toxuması köçürülüb.

RİKEN İnstitutunun layihə rəhbəri Masayo Takahaşi və xəstəxananın nümayəndəsi Yasuo Kurimoto oktyabrın 2-də təşkil edilmiş mətbuat konfransında bildiriblər ki, xəstədə onkoloji əlamətlər də daxil omaqla xəstəliyin əlamətləri tamamilə aradan qalxıb.

Xəstənin görmə qabiliyyətinə gəlincə isə, əgər əməliyyatdan əvvəl həmin istiqamətdə zəifləmə fasiləsiz davam edirdisə, əməliyyatdan sonra zəifləmə dayanıb və sabit hal yaranıb. (Azərtac) 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM