ANN.Az xəbər verir ki, yeni baş nazir maraqlı seçimlər etməklə artıq bir neçə gündür dünyanın gündəmində qalmağı bacarır. Qalstuk taxmağı sevməyən, ilk dəfə "İncil"ə əl basmaqla deyil, siyasi and içərək vəzifəsinə başlayan baş nazir AleksisTripras "ilk"lərini davam etdirir.
Belə ki, baş nazir ilk dəfə görmə əngəlli şəxsi ölkənin səhiyyə naziri təyin edib.
63 yaşlı gözdən əlil Panaqiotis Korumblis 10 yaşında II Dünya Müharibəsi illərindən qalma bombanın partlaması nəticəsində kor olub. Yunan mediasına görə, osmanlı dönəmində Qara Dəniz sahillərindən Yunanıstana köçən Pontuslardan olan yeni nazir əvvəllər sosialist partiyası olan PASOK-un parlamentdə deputatı olub.
Qeyd edək ki, yunan tarixində ilk dəfə əlil şəxs nazir vəzifəsinə təyin olunur.
Bizi sosial şəbəkələrdə izləyin !