Moskva şəhərində silahlı insident baş verib
Rusiyanın paytaxtı Moskva şəhərində silahlı insident baş verib.
ANS PRESS-in məlumatına görə, Moskva şəhər Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İnterfaks” agentliyinə bildiriblər ki, hadisə paytaxtın qərbindəki gözəllik salonlarından birində baş verib.
Silahlı insident zamanı 4 erməni güllələnib. Hadisə gözəllik salonında mübahisə zamanı yaranıb.
Belə ki, bir neçə erməni vətəndaşı ilə şəxsiyyəti məlum olmayan bir nəfər arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxs kustar üsulla hazırlanan tapança çıxararaq 4 Ermənistan vətəndaşını güllələyib. Daha sonra özü hadisə yerindən qaçaraq gizlənib.
Yaralananlar xəstəxanaya yerləşdirilib. Onlardan üçünün vəziyyəti stabil olduğu üçün evə buraxılıb. Digər bir nəfərin isə vəziyyəti ağırdır. Ona kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
ANN.Az