Gözlərini yumub-açan mumiyanın SİRRİ - FOTOLAR

20:18 | 11.10.2014
Gözlərini yumub-açan mumiyanın SİRRİ - FOTOLAR

Gözlərini yumub-açan mumiyanın SİRRİ - FOTOLAR

Bu uşaq 1920-ci ildə 2 yaşındaykən ölüb. Atası - general Mario Lombardo yeganə övladının mumiyalanaraq saxlanılmasını istəyib. Amma 94 il olduğu kimi qalan və heç bir fəsadı olmayan bu 2 yaşlı mumiyalı qızın bir sirri var: o, gözlərini açıb-yumur, sanki ölü deyil, sadəcə yuxuya getmiş balaca uşaqdı.ANN.Az xəbər verir ki, bu mumiyanın sirrini açmaq üçün alimlər uzun müddət baş sındırmalı olublar. Məsələnin maraqlı tərəflərindən bir də odur ki, ölmüş qızını mumiyalayan doktor Alfredo Salafia hansı kimyəvi maddələrdən istifadə olunduğunu kimsəyə deməyib.Yalnız alimlərin son araşdırmaları nəticə verib. Doktor  Alfredo Salafianın əlyazmalarını araşdıran İtaliya alimləri balaca qızın qliserin, sink, xlor və salistik turşulu bir qarışıqla mumiyalandığını ortaya çıxarda biliblər.Amma bunla belə alimləri maraqlandıran əsas məsələ - mumiyanın gözünün açıb-yumması çözülməmiş qalmışdı. Qeyd edək ki, bu uşaq mumiyası İtaliyanın Kapuçin qəbiristanlığında yerləşir və indiyə qədər nə onun yerləşdiyi tabut, nə də tabutun üzərindəki şüşə dəyişdirilməyib.Bu fakta diqqət yetirən alimlər mumiyanın gözünün açıb-yumması sirrini də bu günlərdə çözə biliblər. Sən demə, şüşənin optik olması günün müəyyən vaxtında mumiyanın gözünün açıq olması effektini yaradır, müəyyən saatında isə yatmış kimi göstərir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM