Məhkəmə Krım körpüsünün tikintisi zamanı Rusiyanın ekoloji standartlara əməl etməməsi ilə bağlı Ukraynanın iddialarına baxacaq. Bundan əlavə, strukturun Azov-Kerç akvatoriyasında gəmiçiliyə təsiri, eləcə də Krım sahillərində arxeoloji və tarixi yerlərin təhlükəsizliyi ilə bağlı suallar qaldırılacaq.
Dinləmələr oktyabrın 5-dək davam edəcək. Rusiya tərəfini Rusiya Xarici İşlər Nazirliyinin xüsusi təyinatlı səfiri Gennadi Kuzmin təmsil edəcək.
Ukrayna Rusiyaya qarşı arbitraj prosesini 2016-cı ildə başlayıb. O, BMT-nin Dəniz Hüququ Konvensiyasına uyğun olaraq həyata keçirilir. Kiyev iddiası ilə Qara dənizdə, Azov dənizində və Kerç boğazında Krıma bitişik dəniz zonalarında hüquqlarını möhkəmləndirmək istəyir.
Sentyabrın 23-də Kuzmin Ukraynanın ittihamlarını əsassız adlandırıb. O, həmçinin bəyan edib ki, Rusiya tərəfi Haaqa Arbitraj Məhkəməsindən Kiyevin iddialarını tamamilə rədd etməyi xahiş edir.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !