Türkiyənin məşhur "Yeşilçam" kino studiyasının əfsanə aktyorlarından olan Münir Özkul Əhya gecəsi həyata gözlərini yumub.ANS PRESS-in xəbərinə görə, Türkiyənin ən çox baxılan filmlərindən olan "Hababam Sınıfı" filmində unudulmaz obraz yaratmış aktyor Münil Özkul bu gecə dünyasını dəyişib. O həmin filmdə Mahmut hoca rolunu canlandırıb və həmin rolla xatirələrdə iz qoyub.88 yaşlı Özkul uzun müddət yatağından ayağa qalxa bilmirdi. Hətta ölmədən əvvəl də onun ölümü ilə bağlı bir çox xəbərlər yayılmış və ailəsi ilə birlikdə sevənlərini də kədərləndirmişdi.O, 1925-ci il avqustun 15-də İstanbulda düyaya göz açıb. Aktyor türk teatrı və kino tarixində ölməz obrazlar yaradıb.Həyatı boyu 400-dən çox filmə çəkilmiş aktyorun kinolarda səsləndirdiyi replikalar bu gün Anadolu sakinlərinin dilindədir. Allah rəhmət eləsin!
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !