Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxt sakinlərini və ölkəmizə gələn qonaqları müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçiriləcək Gül bayramına dəvət edir.
Oxu.Az BŞİH-in məlumatına istinadla xəbər verir ki, Gül bayramı mayın 10-da Heydər Əliyev adına Sarayın qarşısındakı Heydər Əliyev Parkında keçiriləcək və həmin gün saat 21:00-da Dənizkənarı Milli Parkda bayram konserti və atəşfəşanlıq təşkil ediləcək.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !