• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Hacıbala Abutalıbovun “kişi söhbəti”nə YAP-dan reaksiya gəldi – VİDEO

Hacıbala Abutalıbovun “kişi söhbəti”nə YAP-dan reaksiya gəldi – VİDEO
19.02.2014 16:18
“Həmin adamların yazılarının altında bir dənə şərh və təhlil olmur”.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun “Azərbaycanda bir kişi var, o da cənab prezidentdir” fikri ilə bağlı ötən gündən başlayaraq, yaranan polemikalara Yeni Azərbaycan Partiyasından reaksiya gəlib.
ANN.Az AzNews.az-a istinadən xəbər verir ki, hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov açıqlamasında bildirib ki, iqtidar nümayəndələrinin səsləndirdiyi fikirləri pis yerə yozmaq, müxalifətin köhnə adətidir:
“Bunu niyə başqa istiqamətə yönəldirlər? Bu gün Azərbaycan adından danışmaq, ölkəni təmsil etmək hüququnu xalqımız prezident İlham Əliyevə həvalə edib. Hacıbala müəllim səsləndirdiyi fikirdə bunu demək istəyir. Hər bir fikri başqa istiqamətə yönəltmək, onsuz da müxalifətin peşəsidir”.
S.Novruzov müxalifət partiyalarının nümayəndələrinin sosial şəbəkələrdəki fəaliyyətini də tənqid edib:
“Onlar başqa ad altında sosial şəbəkələrə daxil olaraq söyüş, təhqir və digər ifadələr işlətməkdən həzz alırlar. Müxalifətçilərin bu əməli haqda onların öz yoldaşları bizə məlumat veriblər. Onlar sosial şəbəkələrdə olan cəmiyyətin digər üzvlərinin əhval-ruhiyyəsini korlayırlar. Həmin adamların yazılarının altında bir dənə şərh və təhlil olmur. Onlar öz rəhbərlərindən çirkin ifadələr öyrənən gənclərdir”.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan səfirinə Rusiya tərəfindən etiraz notası təqdim edilib
Siyasət 16:08
Azərbaycan səfirinə Rusiya tərəfindən etiraz notası təqdim edilib
Yekaterinburq məhkəməsi Bakir Səfərovun həbs müddətini uzadıb
Siyasət 14:50
Yekaterinburq məhkəməsi Bakir Səfərovun həbs müddətini uzadıb
İran prezidenti Qarabağa gəlir
Siyasət 11:20
İran prezidenti Qarabağa gəlir
ABŞ-ın müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Siyasət 10:38
ABŞ-ın müvəqqəti işlər vəkilinin Azərbaycandakı diplomatik missiyası başa çatıb
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 21:52
Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri keçirilib
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Siyasət 18:33
Aİ səfiri Rusiyada azərbaycanlılara qarşı zorakılıq hallarından narahatlığını bildirib
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Siyasət 18:05
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 18:01
Ərdoğan Azərbaycana səfər edəcək
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Siyasət 17:34
Azərbaycan səfiri Rusiya XİN-ə çağrılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol