Hacı Əliyev qalib gəldi - Əmiraslanovdan üzücü çıxış

10:48 | 20.09.2019
Hacı Əliyev qalib gəldi - Əmiraslanovdan üzücü çıxış

Hacı Əliyev qalib gəldi - Əmiraslanovdan üzücü çıxış

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında ölkəmizi təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk təsəlliverici görüşünə çıxıb.

Oxu.Az xəbər verir ki, misirli Amr Reda Ramadan Husseniyə qarşı görüşdə H.Əliyev uğur qazanıb. 
Belə ki, döyüşə fəal başlayan idmançımız 4:0 hesabı ilə irəlidə olan zaman Husseni zədələnib və hakimlər görüşü yarımçıq dayandırıb. 

Digər güləşçilərimizdən 70 kq çəki dərəcəsində Ağahüseyn Mustafayev ilk görüşündə türkiyəli Haydar Yavuzdan üstün olub - 7:6.
Mahir Əmiraslanov isə təsəlli görüşündə monqolustanlı Bexbayar Erdenebata məğlub olub. 

Qeyd edək ki, H.Əliyev bu çempionatda xoşagəlməz hadisə ilə üzləşib. Rusiyalı Hacımurad Rəşidova qarşı görüşüdə hakimlərin haqsızlığı ilə üzləşən güləşçimiz hakimlərlə sərt mübahisə edib və məğlub olmadığını sübut etməyə çalışıb. O hətta ədalət təmsilçilərinin istifadə etdiyi əl tablosunu da götürərək onların özlərinə "qırmızı” göstərib və yerə çırpıb.
Bundan sonra, H.Əliyevin dünya çempionatından diskvalifikasiya məsələsi qaldırılsa da, bu qəbul edilməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM