Hacı İbrahim: “430 milyon manat borcum var, amma “Xəzər adaları”nı satmamışam”

14:13 | 03.07.2015
Hacı İbrahim: “430 milyon manat borcum var, amma “Xəzər adaları”nı satmamışam”

Hacı İbrahim: “430 milyon manat borcum var, amma “Xəzər adaları”nı satmamışam”

Bu gün bir sıra mətbuat orqanları "Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin biznesinin çökməsi barədə məlumatlar yayıb.

Anonim mənbəyə istinadən yayılan həmin informasiyalarda deyilir ki, Hacı İbrahim özünün məşhur "Xəzər adaları” ("Khazar İslands”) layihəsini artıq itirib. Belə ki, xəbərə görə, o, Beynəlxalq Banka olan borcunu tam şəkildə ödəyə bilməyib. Borcunu qaytara bilməyən iş adamı ona məxsus "Xəzər adaları”nı borcunun bir hissəsi kimi banka təklif edib. Qiymətləndirmədən sonra "Xəzər adaları” layihəsi üzərində Hacı İbrahim Nehrəmlinin mülkiyyətçiliyi ləğv edilib. 

Virtualaz.org saytı bu məlumatlara aydınlıq gətirmək üçün iş adamına müraciət edib.

Oliqarx sayta açıqlamasında bu məlumatları təkzib edib, "Xəzər adaları” layihəsini itirmədiyini bildirib: "Mənim Beynəlxalq Bankla heç bir problemim yoxdur. Ümumilikdə isə mən bu layihəni satmaq barədə heç vaxt düşünməmişəm. Bəzi adamlar belə yalan məlumatlar və şayiələr yayırlar. Deyirlər ki, obyektlərimi məndən guya alırlar. Azərbaycanda hüquqi dövlət qurulub, ölkədə qanunlar var. Heç kim heç kimin mülkünü ala bilməz. Mənim kreditlərimə gəlincə isə Beynəlxalq Banka olan kredit borclarımın hamısını 2019-cu ilə qədər ödəyəcəyəm”.

Hacı İbrahim onu da qeyd edib ki, onun kredit borclarının həcmi hazırda 430 milyon manatdan çoxdur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM