ANS TV-nin məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi iməclikdə Mer Hacıbala Abutalıbov şəxsən özü iştirak edib.
Bu parkda bəzi villalar sökülüb yerində isə müxtəlif şam ağacları əkildi. Ağacəkmə kompaniyasInda iki mindən çox insan iştirak edib və kompaniya çərçivəsində 10 min ağac əkilib. Amma villaların hamısı hələki sökülməyib. Söküntü bundan sonra da davam edəcək.
Merin sözlərinə görə, indiyə qədər 42 villa sökülüb. Onların sahibləri isə hələ də üzə çıxmır. Amma bu ilk belə hal deyil:
"Nəsimi rayon ərazisində yaşıllıq məhv edilmişdi. Təəssüf ki, bunu edənlər isə vəzifəli şəxslər olmuşdur. Və biz bunları tamamilə ləğv etdik. İndi oranı yaşıllıqlar, istirahət mərkəzinə çevirmişik. Hazırda insanlar orada yüksək bir səviyyədə istirahət edirlər. Bundan başqa Xətai rayonunda qanunsuz olaraq özəlləşdirilmiş gözəl bir yaşıllıq zonası vardı. Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məlumat daxil oldu ki, dərhal da bütün orqan - idarə və təşkilatların birgə köməyilə orda aparılan tikinti işlərinı tamamilə dayandırdıq, eləcə də sərəncamları, özəlləşməni ləğv etdik. Artıq oranı gözəl bir parka çevirmişik”.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !