Hacıqabulda qatarda yanğın olub, 4 nəfər tüstüdən zəhərlənib.
"Report”un məlumatına görə, hadisə rayon ərazisindən keçən qatarların birində qeydə alınıb.
İlkin məlumata görə, qatarın kömür qutularının qızışması zamanı tüstü ilə müşahidə olunan yanğın baş verib. Yanğın dərhal söndürülsə də, dörd nəfər Hacıqabul sakini, 2000-ci il təvəllüdlü Yaqubov İlqar Mərhəmət oğlu, 1987-ci il təvəllüdlü Həsənov Emin Bəxtiyar oğlu, 1995-ci il təvəllüdlü Əkbərov Əkbər Teymur oğlu və 1972-ci il təvəllüdlü Qədirov Mübariz Xanbaba oğlu tüstüdən zəhərləniblər.
Zərərçəkənlər Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !