• $
  • £

Hacıyev Ermənistanla müharibənin bitməsini bir daha bəyan edib

Hacıyev Ermənistanla müharibənin bitməsini bir daha bəyan edib
01.03.2024 15:27
Azərbaycanın Ermənistanla müharibəsi başa çatıb. Bunu Prezident İlham Əliyevin   Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev deyib. 
 
"Azərbaycanın Ermənistan ərazisinə iddiası ilə bağlı bəzi lazımsız söz-söhbətlər dolaşır. Belə bir şey yoxdur. Bizim üçün müharibə bitib. Biz sülhə, dövlətimizin inkişafına diqqət yetiririk", - Hacıyev  Antalya Diplomatik Forumunda Cənubi Qafqazla bağlı müzakirə zamanı bildirib.
 
Hacıyev vurğulayıb ki, son 5 ayda sərhəddə baş verən bir insidenti çıxmaqla vəziyyət çox sakit olub. 
 
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı ilə İrəvan arasında artıq bir necə aydır de-fakto sülh yaranıb. Həmçinin xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistanla 2024-cü il sülh müqaviləsi imzalana bilər. 
 
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, son 5 ayı Ermənistanla Azərbaycan arasındakı münasibətləri ən sakit dövr hesab etmək olar. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçətərfli bəyanata əsasən dayandırılıb. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda lokal antirerror əməliyyatları keçirib. Bundan sonra Qarabağda olan bütün ərazilərə nəzarətin bərpası Azərbaycan tərəfinə keçib. 
 
Gülnar Nazimqızı 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kim Çen In İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 19:42
Kim Çen In İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Niderland Kralı İlham Əliyevi təbrik edib
Siyasət 18:07
Niderland Kralı İlham Əliyevi təbrik edib
WUF13-ün bağlanış mərasim başa çatıb - Yenilənib
Siyasət 17:41
WUF13-ün bağlanış mərasim başa çatıb - Yenilənib
Növbəti Şəhərsalma Forumu Mexioda keçiriləcək
Siyasət 17:12
Növbəti Şəhərsalma Forumu Mexioda keçiriləcək
TDT Baş katibi İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Siyasət 17:08
TDT Baş katibi İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
WUF13-də gender-həssas şəhərsalma çağırışı edilib
Siyasət 17:03
WUF13-də gender-həssas şəhərsalma çağırışı edilib
Nigar Arpadarai: Mənzil böhranı artıq qlobal problemə çevrilib
Siyasət 14:55
Nigar Arpadarai: Mənzil böhranı artıq qlobal problemə çevrilib
Fergus Auldunun səfir kimi fəaliyyəti başa çatıb
Siyasət 14:30
Fergus Auldunun səfir kimi fəaliyyəti başa çatıb
Milli Məclisin növbəti iclası mayın 26-da olacaq
Siyasət 11:56
Milli Məclisin növbəti iclası mayın 26-da olacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol