• $
  • €
  • ₽
  • ₺
  • £

Nigar Arpadarai: Mənzil böhranı artıq qlobal problemə çevrilib

Nigar Arpadarai: Mənzil böhranı artıq qlobal problemə çevrilib
22.05.2026 14:55

Mənzil böhranı həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş ölkələr üçün reallığa çevrilib, bunu BMT-nin COP29 üzrə iqlim lideri, Milli Məclisin deputatı Nigar Arpadarai WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.


Onun sözlərinə görə, hazırda dünyada təxminən 3 milyard insan qeyri-adekvat mənzil şəraitində yaşayır və bu problem sürətli urbanizasiya, münaqişələr və iqlim dəyişikliyi fonunda daha da dərinləşir.


Arpadarai qeyd edib ki, iri banklar və investorların meqapolislərdə daşınmaz əmlakı alması, qiymətlərin isə süni şəkildə artırılması orta təbəqənin mənzil əldə etmək imkanlarını məhdudlaşdırır.


“Orta təbəqə dünyanın ən böyük paytaxtlarında belə öz maaşı ilə mənzil sahibi ola bilmir. Biz bu faktı etiraf etməliyik”, - deputat bildirib.


Onun sözlərinə görə, milyonlarla ailənin mənzil probleminin həlli üçün ucuz və uzunmüddətli maliyyələşmə alətlərinə ehtiyac var.


Arpadarai bildirib ki, COP29 çərçivəsində tərəflərin müəyyən öhdəliklər götürməsinə nail olunub, lakin sistemli dəyişikliklər üçün maliyyələşmə həcmləri trilyonlarla dollara çatdırılmalıdır.


Deputat vurğulayıb ki, beynəlxalq ictimaiyyət bu investisiyaların Qlobal Cənubun ən həssas icmalarına çatmasını təmin etməlidir.

Gülnar 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol