Bakı şəhəri Binəqədi rayonunun A.Məmmədov küçəsində fevralın 2-də saat 07:00 radələrində yolu keçən 55-60 yaşlı kişi müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən anews.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin paytaxt sakini Məsim Həsənov olması, hadisənin isə "Isuzu” markalı avtobusla törədildiyi müəyyən edilib.
Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin xətt avtobusunun sürücüsü - Bakı şəhər sakini Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !