Binanın yanmasına səbəb poliklinikanın damının üzərindəki zibilin alışması oldu. Bir dəqiqə ərzində bina alovlandı. Mən suyu aparıb yanan yerə töküncə mənzilim mətbəxi alışmağa başladı. Mən dördüncü mərtəbədə yaşayıram.
Biz-mən, həyat yoldaşım və azyaşlı iki uşağım binanın dəhlizinə qaçaraq çıxdıq. Dəhlizdə adamdan tərpənmək mümkün deyildi. Binadan salamat çıxan axırıncı ailə biz olduq. 17 mərtəbəli binanın lift aylardır işləmir. Bax bu səbəbdən ölənlərin və zəhərlənənlərin sayı çox oldu.
Bu sözləri Bizimyol.info-ya yanğın baş vermiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 33 nömrəli mənzilinin sahibi Orxan Kərimov bildirib.
O deyib ki, təkcə ev əşyalarına görə, ona 50 min manat zərər dəyib: "Binanın fasadına vurulan poliuretan üzlüyü yanmağa həssas olduğu üçün bina göz qırpımında alova təslim oldu”.
Zərərçəkənlər bildirdilər ki, onlar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən binanın fasadına poliuretan üzlüyünün vurulmasına qarşı çıxıblar. Sakinlər etiraz edəndə poliuretan üzlüyün onların həyatına təhlükə yaratmadığı deyilib.
Hadisə nəticəsində həyatın itirən məktəblilərin xatirəsi onların sinif yoldaşları tərəfindən anılıb. Onlar yanan binanın qarşısına qərənfillər düzüblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !